Dünya çempionatı: Elcan Hacıyev yığmamıza ikinci medalı qazandırıb - VİDEO

Xəbərlər
17 İyun 2025 20:44
304
Dünya çempionatı: Elcan Hacıyev yığmamıza ikinci medalı qazandırıb - VİDEO

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulub.

Dünya çempionatı
Kişilər
90 kq

Vüqar Talıbov 1/32 finalda Luka Maysuradze (Gürcüstan) ilə güləşib və məğlubiyyətə üzülüb.

İlk mərhələdən azad olan Elcan Hacıyev 1/16 finalda Nurbek Murtuzoyevi (Özbəkistan) məğlub edib. O, ikinci görüşündə Penq-Yu Çeni (Çin Taypeyi) üstələyib. Hacıyev 1/4 finalda Adam Kopeski (Çexiya) ilə üz-üzə gəlib və bu dueldən də qalib ayrılıb. Elcan yarımfinalda yaponiyalı Qoki Tayima ilə münasibətinə aydınlıq gətirib. Təəssüf ki, o, uğurlu seriyanı davam etdirə bilməyib. Hacıyev bürünc medal uğrunda Kristofer Kalyulaydla (Estoniya) mübarizə aparıb. İnamlı çıxış edən cüdoçumuz qələbə qazanaraq, fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Bu, Azərbaycan yığmasının dünya çempionatında ikinci medalı olub.

Qeyd edək ki, mundailda yığmamızın heyətində hələlik Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.

İdman.biz