Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün mübarizəyə Azərbaycan millisinin 1 idmançısı qoşulub.
Dünya çempionatı
Kişilər
81 kq
İlk mərhələdən azad olan Zelim Tçkayev 1/16 finalda Jianqnan Vanqı (Çin), ardınca Luan Almeydanı (Braziliya) məğlub edib. Cüdoçumuz 1/4 finalda Yun-Xvan Lini (Cənubi Koreya) də məğlub edib. Onun yarımfinalda rəqibi Tato Qriqalaşvili (Gürcüstan) olub. Məğlub olan Zelim bürünc uğrunda Nuqzari Tatalaşvili (BƏƏ) ilə qarşılaşacaq.
Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Onlardan hələlik 8-i çıxışını medalsız başa vurub. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.
İdman.biz