Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 3 çəki dərəcəsində 5 cüdoçusu mübarizəyə qoşulub.
Onlardan Zeyd Ələsgərov millimizin aktivinə bürünc medal əlavə edib.
Dünya çempionatı
Qızlar
48 kq
Leyla Ələkbərova Xongorzul Ariunzoriga (Monqolustan) və Konstantina Çaidouya (Yunanıstan) qalib gəlsə də, 1/8 finalda Klaris Ribeyroya (Braziliya) uduzub.
Nərmin Ağamirzəzadə 1/16 finalda Selin İddirə (Fransa) məğlub olub.
52 kq
Aysun Məmmədova 1/32 finalda Culiya Bonzanonu (İtaliya) mübarizədən kənarlaşdırıb. O, ardınca Yali Yahava (İsrail) uduzub.
Oğlanlar
60 kq
Röyal Qayıbov 1/32 finalda Raffaele Sodano ilə bacarmayıb.
Zeyd Ələsgərov ardıcıl olaraq, Aleksandros Polixronidis (Yunanıstan) və Likas Yamamotonu (Braziliya) məğlub edib. O, 1/4 finalda Yernur Batirqali (Qazaxıstan) ilə qarşılaşıb. Rəqib mərhələ adladığından Zeyd təsəlliverici görüşə qatılıb. Botond Kunyik (Macarıstan) üzərində qələbə qazanan cüdoçumuz 3-cü yer uğrunda Toai Haşima ilə üz-üzə gəlib. Ələsgərov yaponiyalı rəqibinə qalib gələrək bürünc medala yiyələnib.
Qeyd edək ki, mundialın ilk günündə cüdoçularımızdan Anar Quliyev (50 kq) bürünc medal qazanıb.
İdman.biz