Könül Əliyeva: “Uğurlu çıxışımız dünya çempionatında davam etdirmək istəyirəm”

Xəbərlər
4 İyun 2025 15:40
57
Könül Əliyeva: “Uğurlu çıxışımız dünya çempionatında davam etdirmək istəyirəm”

“Yarış mənim üçün çox yaxşı keçdi”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin cüdoçusu Könül Əliyeva (48 kq) deyib.

O, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Kubokunda iştirakını dəyərləndirib. Yarışı qızıl medalla başa vuran cüdoçu bildirib ki, əsas niyyətini məhz bu olub: “Hər yarışa olduğu kimi bu çempionata da ciddi hazırlaşmışdıq. Xeyli müddət idi ki, təlim-məşq keçirdik. Ona görə də, medal qazanacağıma inanırdım. Finalda qarşılaşdığım polşalı Natalya Stoklosa ilə görüş yaddaqalan oldu. Ən çətin qarşılaşmam isə italyan rəqiblə oldu, ona vazari xalı ilə qalib gəldim”.

Əliyeva gələcək hədəflərindən də danışıb: “Bizi qarşıda dünya çempionatı gözləyir. Əsas yarış odur. Burdakı uğurlu çıxışı orada da davam etdirmək istəyirəm”.

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət cüdo yığması Sarayevoda keçirilən Avropa kubokunun qalibi olub. Komandamızın heyətində Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (57 kq) qızıl, Leyla Əliyeva (48 kq) və Günel Həsənli (78 kq) isə bürünc medala yiyələniblər.

Aytac Sahəd
İdman.biz