Yeniyetmə cüdoçuların Avropa çempionatına yollanacaq heyəti bəlli olub

Xəbərlər
29 May 2025 19:03
115
Yeniyetmə cüdoçuların Avropa çempionatına yollanacaq heyəti bəlli olub

İyunun 26-29-da Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması qitə birinciliyinə 19 cüdoçu ilə yollanacaq.

Turnirdə 14 çəki dərəcəsində 10 oğlan və 9 qız fərdi yarışlarda ölkəmizi təmsil edəcək. Turnirin son günündə isə yığmamız qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Oğlanlar
50 kq
Anar Quliyev
İbrahim Talıbov

55 kq
Rəsul Əlizadə
Məhəmmədəli Hüsiyev

60 kq
Zeyd Ələsgərov

66 kq
Əli Hümbətov

73 kq
Səid Şərifov
Ayxan Həsənli

90 kq
Səid Hüseynov

+90 kq
Sübhan Axundov

Qarışıq komanda yarışı
81 kq

Abdullah Rəhmətov

+90 kq
Tunar Fərzəliyev

Qızlar
40 kq

Mədinə Hüseynova

44 kq
Gülşən Hüseynova
Xədicə Abdullayeva

48 kq
Nərmin Ağamirzəzadə
Leyla Ələkbərova

52 kq
Aysun Məmmədova

57 kq
Səmayə Yusifli

63 kq
Ayan Əliyeva

70 kq
Məsumə Məmmədli

İdman.biz