Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında mübarizə aparacaq.
İdman.biz xəbər verir ki, yarışda ölkəmiz 4 idmançı ilə təmsil olunacaq.
Cüdoçularımız “nage-no-kata” və “katame-no-kata” üzrə çıxış edəcəklər. Turnirdə 22 ölkədən 332 idmançı qüvvəsini sınayacaq.
Nage-no-katada İsmayıl Rzayev (tori, hücum edən), Samir İsmayılov (uke, hücum edilən), katame-no-katada Rafiq Nəcəfov (tori), Seymur Məcidli (uke) mübarizə aparacaq.
Qeyd edək ki, mayın 31-də start götürəcək yarış iyunun 1-də yekunlaşacaq.
İdman.biz