Azərbaycan millisi Avropa çempionatında mübarizə aparacaq

Xəbərlər
22 May 2025 10:59
45
Azərbaycan millisi Avropa çempionatında mübarizə aparacaq

Cüdo üzrə Azərbaycan millisi Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, komandanın heyətində dörd idmançı yer alacaq.

Onlar bir neçə istiqamətdə texnika nümayiş etdirəcəklər. İştirak ərizəsinə İsmayıl Rzayev, Samir İsmayılov, Rafiq Nəcəfov və Seymur Məcidli daxildir.

Qeyd edək ki, mayın 31-dən iyunun 1-dək keçiriləcək yarışda 22 ölkədən 332 cüdoçu çıxış edəcək.

İdman.biz