Dünya çempionatı üçün heyət İspaniyadakı toplanışdan sonra müəyyənləşəcək

Xəbərlər
15 May 2025 15:27
40
Dünya çempionatı üçün heyət İspaniyadakı toplanışdan sonra müəyyənləşəcək

Cüdo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün yekun heyəti mayın sonunda müəyyənləşəcək.

İdman.biz xəbər verir ki, mayın 19-23-də İspaniyanın Benidorm şəhərində komandamızın da iştirakı ilə Avropa Cüdo İttifaqının təlim-məşq toplanışı keçiriləcək.

Məşqçilər korpusu onun nəticələrinə əsasən, iyunun 13-19-da Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək dünya çempionatında mübarizə aparacaq heyəti açıqlayacaq.

İdman.biz