Azərbaycan Dünya Cüdo Turunda - Çin komandamızı qabaqlayıb

Xəbərlər
14 May 2025 10:36
48
Azərbaycan Dünya Cüdo Turunda - Çin komandamızı qabaqlayıb

Azərbaycan Dünya Cüdo Turunun ümumi sıralamasında altıncı yerə düşüb.

İdman.biz xəbər verir ki, Düşənbədə keçirilən "Böyük Dəbilqə"nin nəticələrinə əsasən, beşinci pilləyə yüksələn komandamız Astanada analoji turnirdən sonra Çindən geri düşüb.

Eyni sayda qızıl və gümüş medallara (hərəsindən - 4) malik Azərbaycan bürünc mükafatların sayına görə Çindən geri qalır (5-ə qarşı 6).

İlin əvvəlindən cüdoçularımız Dünya Turu mərhələlərində ümumilikdə dörd qızıl, dörd gümüş və beş bürünc medal qazanıblar.

Siyahıya Yaponiya liderlik edir (22-19-19), ikinci yerdə IJF bayrağı altında çıxış edən idmançılar (12-10-11), üçdə isə Fransa qərarlaşıb (11-9-20).

İdman.biz