“Orxan Səfərov Akademiyası” Çexiyada uğurla çıxış edib

Xəbərlər
13 May 2025 13:53
41
“Orxan Səfərov Akademiyası” Çexiyada uğurla çıxış edib

“Orxan Səfərov Akademiyası”nın cüdoçuları Çexiyada keçirilən beynəlxalq turnirdə iştirak ediblər.

İdman.biz xəbər verir ki, yarışın təşəbbüskarı Mesteç Kralovedə yerləşən yerli "Novı Bıdjov" klubu olub.

Turnirin nəticələrinə əsasən, akademiyanın cüdoçuları üç qızıl və iki bürünc medal qazanıblar. Komanda həmçinin çexiyalı cüdoçularla da məşq-toplanışı keçirib.

İdman.biz