Azərbaycanın “Atilla” klubunun cüdoçuları Sloveniyanın Maribor şəhərində gənclər arasında keçirilən “Apolon Open” beynəlxalq turnirində uğurla çıxış ediblər.
İdman.biz xəbər verir ki, Mehdi Məmmədli (50 kq) gümüş, Akif Dadaşov (73 kq) isə bürünc medal qazanıb.
Yarışda ümumilikdə 118 klubu təmsil edən 21 ölkədən 1022 idmançı iştirak edib.
İdman.biz