Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa kuboku keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan komandası bu yarışda daha bir medal qazanıb.
81 kq çəki dərəcəsində mübarizə aparan Məhərrəm İmamverdiyev yalnız finalda məğlub olaraq gümüş medal qazanıb.
Turnirin ilk günündə təmsilçilərimizdən Nazir Talıbov (66 kq) çempion olub, Babarəhim Mirzəyev (60 kq) gümüş, Nəriman Mirzəyev (73 kq) isə bürünc medallara sahib çıxıblar.
Qeyd edək ki, cüdoçularımız turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurublar. Azərbaycan 15 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.
İdman.biz