Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumu çərçivəsində akademiyada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan I və II kurs tələbələri üçün nəzəri və praktiki dərslər davam etdirilir.
İdman.biz xəbər verir ki, tədris prosesi ACF-in Təlim-Məşq Mərkəzində müəyyən olunmuş cədvələ uyğun şəkildə həyata keçirilir.
Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərlik etdiyi layihəyə həm xarici, həm də yerli mütəxəssislər cəlb olunub.
Tələbələr dərslər zamanı beynəlxalq məşqçilik standartlarına uyğun tədris proqramı əsasında nəzəri biliklər əldə edir, eyni zamanda praktiki bacarıqlar formalaşdırırlar.
İdman.biz