Murad Fətiyev: “Bir aya bərpa olacağımı düşünürəm”

Xəbərlər
30 Aprel 2025 15:01
313
Murad Fətiyev: “Bir aya bərpa olacağımı düşünürəm”

“Sağalan kimi məşqlərə qayıdacam”.

Bunu İdman.biz-ə Azərbaycan cüdoçusu Murad Fətiyev deyib.

O, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında zədə səbəbindən iştirak etməməsi ilə bağlı danışıb. 90 kq çəki dərəcəsində çıxış edən milli üzvü bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Hər şey qaydasındadır. Boynumdan zədə almışam. Təxminən, bir aya bərpa olacağımı düşünürəm. Hazırda ağrılarım yoxdur”.

Fətiyev bildirib ki, məyusdur: “Əlbəttə ki, çempionatı buraxacağım üçün üzülürəm. Ancaq qarşıda İslam Həmrəyliyi Oyunları var. Ora hazırlaşacam. Gələn il Bakıda dünya çempionatı da keçiriləcək. Hər ikisində qalib olmaq istəyirəm”.

Qeyd edə ki, Fətiyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb. Təmsilçimiz “bürünc döyüşü”ndən qalib ayrılıb.

Aytac Sahəd
İdman.biz

Məqalədə: