Azərbaycan komandası Tbilisidə keçiriləcək Avropa kubokunda

Xəbərlər
10 Aprel 2025 14:23
100
Azərbaycan komandası Tbilisidə keçiriləcək Avropa kubokunda

Azərbaycanın cüdo yığması apreldə Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək kadetlər arasında Avropa kubokunda çıxış edəcək.

İdman.biz xəbər verir ki, komandanın heyətində 35 idmançı yer alıb: 16 oğlan və 19 qız.

Onlar ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaqlar.

Gürcüstan daha çox - 118 cüdoçu ilə təmsil olunacaq.

Avropa kubokda ümumilikdə 15 ölkənin komandası iştirak edəcək.

İdman.biz

Məqalədə: