Yapon cüdoçu: "Bakıdakı uğur irəliyə doğru addımdır"

24 Fevral 2025 16:29
359
Yapon cüdoçu: "Bakıdakı uğur irəliyə doğru addımdır"

"Bütün yarışlarda birinci olmaq istəyirəm".

İdman.biz xəbər verir ki, bunu Bakıda cüdo üzrə "Böyük Dəbilqə"nin qalibi olan yaponiyalı cüdoçu Uta Abe (52 kq) deyib.

Dördqat dünya çempionu Azərbaycanda qazandığı qızıl medalın ona əlavə stimul verdiyini vurğulayıb. Abe bildirib ki, bu uğur irəliyə doğru bir addımdır: “Çox dəstək hiss etdim. Mövsüm yeni başlayıb və qələbələrimin ardının gələcəyinə inanıram”.

İdman.biz