Azərbaycan Bakı Böyük Dəbilqə turnirində 33 cudoçu ilə təmsil olunacaq

Xəbərlər
19 Sentyabr 2023 20:37
88
Azərbaycan Bakı Böyük Dəbilqə turnirində 33 cudoçu ilə təmsil olunacaq

Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarı ilə, “Dünya Cüdo Turu” çərçivəsində sentyabrın 22-24-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən Bakı Böyük Dəbilqə turniri keçiriləcək.

İdman.biz-in məlumatına görə, Azərbaycan turnirdə 33 cüdoçu ilə təmsil olunacaq.

Rəsmi olaraq “Heydar Aliyev Baku Grand Slam 2023” adlandırılan yarış Milli Gimnastika Arenasında baş tutacaq. Üç gün davam edəcək turnirdə 64 ölkədən 479 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 11 çəki dərəcəsində 26 kişi və 7 qadın idmançı ilə təmsil olunacaq.

Cüdoçularımızdan Turan Bayramov (-60 kq), Kamran Süleymanov (-66 kq), Kəramət Hüseynov Səid Mollayi (-81 kq),) zədəli olduqlarına görə, milli yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatıla bilməyəcəklər.

Cari ildə üç dəfə Bakı Böyük Dəbilqə turnirinə seçim xarakteri daşıyan kişilər arasında ACF turunun yarışları keçirilib. Bu yarışlar nəticəsində formalaşan reytinq siyahısında ilk yeri tutan idmançılar Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanıblar.

Qeyd edək ki, ilkin görüşlərin 22 sentyabr saat 08:00-da, 23 və 24 sentyabrda isə saat 09:00-da başlaması gözlənilir. Final görüşləri isə hər gün saat 16:00-da başlayacaq.

Yarışda iştirak edəcək heyəti təqdim edirik:
Qadınlar

-48 kq
Leyla Əliyeva, Şəfəq Həmidova, Ramilə Əliyeva
-52 kq
Gültac Məmmədəliyeva
-57 kq
Nərgiz Hacıyeva
-70 kq.
Südabə Ağayeva, Günel Həsənli
Kişilər
-60 kq
Balabəy Ağayev, Əhməd Yusifov, Nazir Talıbov, Rövşən Əliyev
-66 kq
Yaşar Nəcəfov, Ruslan Paşayev, Qasım Vəlizadə, Rəşad Yelkiyev
-73 kq
Hidayət Heydərov, Nurlan Osmanov, Rəşid Məmmədəliyev, Telman Vəliyev
-81 kq
Zelim Tçkayev, Məhərrəm İmamverdiyev, Elcan Şəfiyev, Məmmədrza Hacızadə
-90 kq
Murad Fətiyev, Elcan Hacıyev, Musa Hüseynli, Əjdər Bağırov
-100 kq
Zelim Kotsoyev, Ruslan Nəsirli
+100 kq
Uşanqi Kokauri, Camal Qamzatxanov, İmran Yusifov, Ramazan Əhmədov

İdman.biz