Azərbaycan birinciliyində fərdi yarışlara yekun vurulub

Xəbərlər
18 Yanvar 2024 23:47
343
Azərbaycan birinciliyində fərdi yarışlara yekun vurulub

18 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinin fərdi yarışları başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirin son günündə 6 çəkidə qaliblər bəlli olub.

Yanvarın 16-da start götürən yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər müəyyənləşib. 96 klub, cəmiyyət və idman təşkilatından olan 663 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə Çempion 74 İdman Klubu, 3-cü yerə isə Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi layiq görülüb. 29 komanda müxtəlif əyarlı medal qazanıb.

Qeyd edək ki, sabah birincilikdə komanda yarışları keçiriləcək.

Qızlar
44 kq

1. Leyla Ələkbərova (Çempion 74 idman klubu)
2. Nərmin Məmmədli (Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
3. Gülgəz Musayeva (Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi)
3. Naidə Quziyeva (Zaqatala Uşaq Gənclər İdman Məktəbi)

57 kq
1. Aytən Verdiyeva (Sumqayıt şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
2. Nilgül Rzayeva (10 nömrəli Uşaq Gənclər İdman Məktəbi)
3. Zeynəb Şərbətova (Naftalan)
3. Zəhra Hüseynov (Bakı şəhəri 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)

+70 kq
1. Arzu Rəşidova (Sumqayıt şəhəri İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi)
2. Nəzrin Vəlizadə (Sumqayıt şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi)
3. Şəlalə Səlimzadə (İmişli Olimpiya İdman Kompleksi)
3. Aysel Mustafazadə (İmişli Olimpiya İdman Kompleksi)

Oğlanlar
55 kq

1. Nihad Məmişov (Sumqayıt şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi)
2. Bayram Orucov (Aydın Gənclər İdman Klubu)
3. Qüdrət Yusif (Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
3. Ələsgər Məmmədli (Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi)

73 kq
1. Şamil Sadıqov (Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
2. Nihad Yəhyayev (Sumqayıt şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi)
3. Cəsur İbadlı (Bakı şəhəri 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
3. Fəqan Məmmədli (Sərhədçi Olimpiya İdman Mərkəzi)

+90 kq
1. Sübhan Axundov (10 nömrəli Uşaq Gənclər İdman Məktəbi)
2. Rəsul Səmədli (Sumqayıt şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi)
3. Abdulkərim Səfərov (Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
3. Ceyhun Dadaşov (Cüdo 2012 İdman Klubu)

İdman.biz

Məqalədə: