Azərbaycan cüdoçularının ilin ilk yarısında qazandıqları medal sayı bəlli olub

15 İyul 2026 17:36
103
Azərbaycan cüdoçularının ilin ilk yarısında qazandıqları medal sayı bəlli olub

Azərbaycan cüdoçularının ilin ilk yarısında keçirilmiş beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı məlum olub.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, milli komandanın üzvləri bu müddətdə 109 medal qazanıblar.

Bunlardan 29-u qızıl, 29-u gümüş və 51-i isə bürünc mükafatdır.

Medallar böyüklər, gənclər, yeniyetmələr və qadınlar arasında keçirilən beynəlxalq turnirlərdə əldə olunub.

İdman.Biz
Məqalədə: