Azərbaycanlı hakim Sindao Qran-prisində ədaləti qoruyur - FOTO

28 İyun 2026 22:04
107
Azərbaycanlı hakim Sindao Qran-prisində ədaləti qoruyur - FOTO

Cüdo üzrə A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirində iş başındadır.

İdman.Biz Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hakimlər heyətinin üzvü nüfuzlu yarışda ədalət təmsilçiləri sırasında yer alıb.

Umbayev Sindao Qran-prisində tatamiyə çıxan idmançıların görüşlərində hakimlik edəcək.

İdman.Biz