Rəşad Nəbiyev Qran-pridə bürünc medal qazanan cüdoçunu təbrik edib

26 İyun 2026 21:57
88
Rəşad Nəbiyev Qran-pridə bürünc medal qazanan cüdoçunu təbrik edib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Çinin paytaxtı Sindaoda keçirilən cüdo üzrə Qran-pri turnirində bürünc medal qazanan Əhməd Yusifovu təbrik edib.

İdman.Biz xəbər verir ki, ACF prezidenti "Facebook" sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

"Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, sabah tatamiyə çıxacaq idmançılarımıza uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.

İdman.Biz