Azərbaycan cüdoçuları Riqada keçirilən turnirdə 4 medal qazanıblar

Xəbərlər
18 Noyabr 2025 18:44
24
Azərbaycan cüdoçuları Riqada keçirilən turnirdə 4 medal qazanıblar

Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən Avropa Cüdo Ümidləri Turnirində 4 medal qazanıblar.

İdman.Biz Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan turnirdə təmsilçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medala yiyələniblər.

Fəxrim Məhərrəmov (U-13, 46 kq) və Fərhad Quliyev (U-15, 60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Səccət Tağıyev (U-15, 42 kq) gümüş, Cahid Bayramlı (U-15, -66 kq) isə bürünc mükafata sahib çıxıb.

Turnirdə 20 ölkədən 289 cüdoçu mübarizə aparıb.

İdman.Biz