Azərbaycan cüdoçularının Xorvatiya Qran-prisindəki ilk rəqibləri müəyyənləşib

Xəbərlər
13 Noyabr 2025 19:22
34
Azərbaycan cüdoçularının Xorvatiya Qran-prisindəki ilk rəqibləri müəyyənləşib

Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-pri turnirinin püşkatma mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

Dünya Cüdo Turu seriyasına daxil olan yarışda ölkəmiz ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 48 ölkədən 370 tatami ustası iştirak edəcək.

Zaqreb Qran-prisinin təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 14:00-dan, final bloku isə 20:00-dan etibarən start götürəcək.

Kişilər

60 kq, 1/16 final
Murad Muradlı – Qal Blaziç (Sloveniya)

60 kq, 1/8 final
Hüseyn Allahyarov – Marton Andrasi (Macarıstan)

66 kq, 1/16 final
İslam Rəhimov – Xoakin Tovalyari (Argentina)
Nazir Talıbov – Alexandro Moral Navarro (İspaniya)

73 kq, 1/32 final
İbrahim Əliyev – İtan Nern (Böyük Britaniya)
Rüfət Şövlətov – Aron Sabo (Macarıstan)

81 kq, 1/16 final
Vüsal Qələndərzadə – Dominik Rodriqez (ABŞ)

90 kq, 1/16 final
Aslan Kotsoyev – Aleks Kret (Rumıniya)
Vüqar Talıbov – Yosip Buliç (Xorvatiya)

100 kq, 1/16 final
Əjdər Bağırov – Nikola Pavlovski (Şimali Makedoniya)

+100 kq, 1/8 final
Camal Qamzatxanov – Con Messe A Bessonq (Kanada) / Mustafa Fofana (Qvineya) cütünün qalibi ilə
Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan)

Qadınlar

48 kq, 1/8 final
Könül Əliyeva – Nevena Miliç (Serbiya)

52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Qabriela Dimitrova (Bolqarıstan)

52 kq, 1/8 final
Aydan Vəliyeva – Maşa Slavineç (Sloveniya)

İdman.Biz