U-14 region birinciliyi: Cənub bölgəsinin ən güclü cüdoçuları məlum olub

Xəbərlər
4 Noyabr 2025 21:49
32
U-14 region birinciliyi: Cənub bölgəsinin ən güclü cüdoçuları məlum olub

U-14 yeniyetmələr arasında Cənub bölgəsi üzrə region birinciliyi keçirilib.

İdman.Biz bildirir ki, turnirə Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Neftçala, Salyan və Şirvandan 52 cüdoçu qatılıb.

Lənkəran Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 9 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.

Medalçıları təqdim edirik:

Oğlanlar

-38 kq
1. Əli Əhədov (Salyan)
2. Arif Nəhmətzadə (Lənkəran OİK)
3. Emil Səlimzadə (Salyan)
3. Vüsal Əlizadə (Lənkəran OİK)

-42 kq
1. Ramil İbrahimov (Salyan)
2. Sadiq Nağızadə (Şirvan)
3. Miryusif Hüseynli (Masallı)
3. Hüseyn Məmmədzadə (Şirvan)

-46 kq
1. Sadiq Ağazadə (Masallı)
2. Rəhim Məmmədov (Salyan)
3. Yusif Həsənov (Lənkəran OİK)

-50 kq
1. Yusif Nəhmətov (Lənkəran OİK)
2. Rəhman Fərəcov (Şirvan)
3. Məhəmmədtağı Məmmədov (Masallı)

-55 kq
1. Lətif Xammədli (Masallı)
2. Əli Hüseynli (Salyan)
3. Səbuhi Rəcəbov (Masallı)

-60 kq
1. Aqşin Cəbiyev (Masallı)
2. Murad Baxşıyev (Masallı)

-66 kq
1. Rəvan Xankişiyev (Masallı)
2. Fəxrəddin Nağızadə (Neftçala)
3. Əli Kazımov (Lənkəran OİK)

-73 kq
1. Hüseyn Talıbzadə (Lənkəran OİK)

Qızlar

-44 kq
1. Leyla Rüstəmli (Lənkəran OİK)

İdman.Biz