Hidayət Heydərov dünya çempionatındakı uğursuzluğun əvəzini çıxmağa çalışacaq

Xəbərlər
12 Oktyabr 2025 15:00
40
Hidayət Heydərov dünya çempionatındakı uğursuzluğun əvəzini çıxmağa çalışacaq

Bu gün Olimpiya çempionu Hidayət Heydərov (73 kq) Perunun paytaxtı Limada keçirilən Qran-pri turnirində tatamiyə çıxacaq.

İdman.biz xəbər verir ki, cüdoçumuz mübarizəyə ikinci dövrədən başlayacaq.

Onun rəqibi ilk döyüşlərin nəticəsinə əsasən müəyyənləşəcək.

Budapeştdəki dünya çempionatında uğursuz çıxışdan sonra Heydərov üçün bu yarış mövsümdə ikinci, ümumilikdə isə özünü yenidən sübut etmək baxımından önəmli start olacaq. İdmançı beynəlxalq arenada inamını bərpa etməyi hədəfləyir.

Bu gün tatamiyə çıxacaq digər azərbaycanlı idmançılar – Rəşid Məmmədiyev (73 kq), həmçinin Ömər Rəcəbli və Vüsal Qələndərzadə (hər ikisi 81 kq) olacaq.

Məmmədiyev və Rəcəbli ikinci raunddan mübarizəyə qoşulacaqlar, Qələndərzadə isə ilk görüşdə çilili Xorxe Pereslə qarşılaşacaq.

Hazırda Azərbaycan millisi turnirdə bir gümüş və üç bürünc olmaqla, ümumilikdə dörd medal qazanıb. Yarışın qalibləri 700, ikinci yeri tutanlar isə 490 reytinq xalı əldə edəcəklər.

İdman.Biz