Cüdo üzrə Qran-Pridəki rəqiblərimiz məlum olub

Xəbərlər
11 Oktyabr 2025 01:29
47
Cüdo üzrə Qran-Pridəki rəqiblərimiz məlum olub

Oktyabrın 10-da Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Yarışda Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 16 idmançı (13 kişi, 3 qadın) ilə təmsil olunacaq. Yarışda 49 ölkədən 284 cüdoçu (165 kişi, 119 qadın) iştirak edəcək.

Lima Qran-Prisinin təsnifat mərhələsinin görüşləri bu gün Bakı vaxtı ilə saat 19:00-dan, final blokunu isə 02:00-dan etibarən başlayacaq.

Kişilər

-60 kq, 1/8 final
Əhməd Yusifov – Peloyame Talent (Botsvana)

-66 kq, 1/8 final
Ruslan Paşayev – Ari Berliner (ABŞ) / Georgios Balarcişvili (Kipr) cütünün qalibi ilə
Rəşad Yelkiyev – Çarli Yanq (Böyük Britaniya) / Petros Xristodulides (Kipr) cütünün qalibi ilə

-73 kq, 1/8 final
Hidayət Heydərov – Dayyan Bulemtafes (Fransa) / Castin Lemir (Kanada) cütünün qalibi ilə
Rəşid Məmmədəliyev – Aldair Barte Çirrinos (Peru) / Emiliano Sausedo Qoldşmid (ABŞ) cütünün qalibi ilə

-81 kq, 1/16 final
Vüsal Qələndərzadə – Xorxe Peres (Çili)
-81 kq, 1/8 final
Ömər Rəcəbli – Luis Pariçe (Venesuela) / Aleksandr Sezar (Kuba) cütünün qalibi ilə

-90 kq, 1/8 final
Vüqar Talıbov – Tiziano Falkone (İtaliya)
Murad Fətiyev – Aleksandr Nijnik (ABŞ) / Gilyerme Şimidt (Braziliya) cütünün qalibi ilə

-100 kq, 1/8 final
Zelim Kotsoyev – Daril Yamamoto (Peru) / Lazar Zdrale (Serbiya) cütünün qalibi ilə
Əjdər Bağırov – Anxel Antonio Gini (Paraqvay) / Maksims Duynovs (Latviya)

+100 kq, 1/8 final
Uşanqi Kokauri – Xose Nova Alkantara (Dominikan) / Stefan Koviniç (Monteneqro) cütünün qalibi ilə
Kənan Nəsibov – Xanqarid Qantulqa (Monqolustan)

Qadınlar

-48 kq, 1/8 final
Könül Əliyeva – Erika Xara (Ekvador)

-52 kq, 1/16 final
Xədicə Qədəşova – Neelo Modise (Botsvana)
-52 kq, 1/8 final
Aydan Vəliyeva – Qabriela Konseysau (Braziliya)

Qeyd edək ki, Turan Bayramov (-60 kq) zədə səbəbindən heyətdən çıxarılıb.

İdman.Biz