Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində III turun oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Parisdə yerləşən "Park de Prens" stadionunda Fransa ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
İlk 2 görüşdə Fransa səfərdə Ukraynaya 2:0, evdə İslandiyaya 2:1 hesabı ilə qalib gəlib. Azərbaycan millisi isə İslandiyaya 0:5 hesablı səfər məğlubiyyətinin ardından evdə Ukrayna ilə heç-heçə edib - 1:1.
Fransa və Azərbaycan milliləri indiyədək 2 dəfə üz-üzə gəlib. Azərbaycan millisi ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirdiyi vaxt - 13 dekabr 1994-cü ildə Fransa ilə görüşdə 0:2, 1995-ci il sentyabrın 6-da Oser şəhərindəki "Ebbe Deşam" stadionundakı matçda 0:10 hesablı məğlubiyyətlə üzləşib.
Hazırda D rupunda Fransa altı xalla liderdir, Azərbaycan bir xalla sonuncu - dördüncü yerdədir.
Bu qrupun digər oyununda İslandiya Ukraynanı qəbul edəcək.
Dünya çempionatı
Seçmə mərhələ
III tur
D qrupu
22:45. Fransa - Azərbaycan
Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff
VAR: Tom Harald Hagen
AVAR: Siqurd Krinqstad
Paris. "Park de Prens" stadionu