Oktyabrın 16-17-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-14 yeniyetmələr arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.
İdman.biz xəbər verir ki, yarışda 66 klub və idman cəmiyyətindən 460 idmançı (397 oğlan, 63 qız) 18 çəki dərəcəsində mübarizə aparacaq.
Turnirin məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Qeyd edək ki, arenaya giriş sərbəstdir.