Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev Limada tatamiyə çıxır - FOTO

Xəbərlər
8 Oktyabr 2025 12:12
186
Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev Limada tatamiyə çıxır - FOTO

Beynəlxalq Cüdo Federasiyasının (BCF) təqviminə əsasən, Perunun paytaxtı Limada Qran-Pri turniri keçiriləcək.

Bu barədə İdman.biz-ə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, yarışda kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında doqquz çəki dərəcəsində 17 cüdoçu (14 kişi, 3 qadın) mübarizə aparacaq.

Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Uşanqi Kokauri, Kənan Nəsibov (hər ikisi +100 kq), Könül Əliyev (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, yarış oktyabrın 11-13-də baş tutacaq.

İdman.biz