Əfsanəvi Qretskinin nəticəsi təkrarlanıb

Xəbərlər
18 Fevral 2024 12:36
Əfsanəvi Qretskinin nəticəsi təkrarlanıb

NHL-də “Anahaym”la oyun “Toronto”nun hücumçusu Oston Mettyus üçün əlamətdar olub.

İdman.biz xəbər verir ki, 9:2 hesablı qələbədə böyük rolu olan hokkeyçi het-triklə yadda qalıb.

Mettyus ardıcıl ikinci oyunda rəqib qapılarından 3 şayba keçirib. Ostin mövsümdə ikinci dəfə bu uğura nail olub. Bununla da o, Ueyn Qretskinin 40 il əvvəlki nəticəsini təkrarlayıb. Əfsanəvi hokkeyçi 1983/1984 mövsümündə iki dəfə dalbadal iki matçda het-trik edib.

Oston mövsümdə 6-cı dəfə bir oyunda 3 dəfə fərqlənib. O, bununla klubun rekordunu yeniləyib.

Qeyd edək ki, Mettyus HNL-də 52 oyunda rəqib qapılarından 48 şayba keçirib.

İdman.biz

Məqalədə: