Oveçkin eyni komandada 1500 oyun keçirən NHL-in səkkizinci oyunçusu oldu

Xəbərlər
26 Oktyabr 2025 09:27
36
Oveçkin eyni komandada 1500 oyun keçirən NHL-in səkkizinci oyunçusu oldu

“Vaşinqton” klubunun hücumçusu Aleksandr Oveçkin NHL tarixində eyni komandanın heyətində 1500 oyun keçirən səkkizinci oyunçu adını qazanıb.

İdmanBiz xəbər verir ki, 40 yaşlı rusiyalı forvard bu uğura oktyabrın 26-da “Ottava”ya qarşı matçda nail olub.

NHL tarixində bundan əvvəl eyni komandada 1500 və ya daha çox oyun keçirən digər oyunçular Qordi Houv (1687, “Detroyt”), Patrik Marlo (1607, “San-Xose”), Niklas Lidström (1564, “Detroyt”), Aleks Delvekkio (1550, “Detroyt”), Şeyn Doan (1540, “Arizona”), Rey Burk (1518, “Boston”) və Stiv Ayzerman (“Detroyt”) olub.

İdman.Biz