ABŞ-də Oveçkinin şərəfinə “Ovi” adlı labrador yetişdirilir - VİDEO

Xəbərlər
24 Oktyabr 2025 16:20
34
ABŞ-də Oveçkinin şərəfinə “Ovi” adlı labrador yetişdirilir - VİDEO

ABŞ-də dünyaya gələn labradora “Vaşinqton” hokkey klubunun əfsanəvi hücumçusu Aleksandr Oveçkinin şərəfinə “Ovi” adı verilib.

İdman.biz xəbər verir ki, 18 həftəlik qara labrador qısa zamanda sosial şəbəkələrdə məşhurlaşaraq izləyicilərin sevimlisinə çevrilib.

Klubun rəsmi saytının məlumatına görə, “Ovi” xüsusi təlim keçdikdən sonra Virciniyada veteranlara və fiziki məhdudiyyətli şəxslərə yardım edəcək.

İdman.Biz