40 yaşlı rusiyalı hücumçu, NHL klubu “Vaşinqton Kepitalz”ın kapitanı Aleksandr Oveçkin növbəti dəfə qeyri-adi ustalığını nümayiş etdirib.
İdman.Biz xəbər verir ki, “Tampa-Bey Laytning”lə keçirilən ev oyununda epizodlardan birində qarşılaşma dayandırıldıqdan sonra hakimə atış üçün şayba lazım olub.
Oveçkin bunu özünəməxsus tərzdə edib - buz üzərindən şaybanı asanlıqla qaldıraraq, başının arxasından hakimin tərəfinə atıb. Hokkeyçinin rəqibə baxmadan etdiyi bu zərif hərəkət tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb, referi isə şaybanı sakitcə havada tutub.
Qeyd edək ki, matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb, “Vaşinqton” isə overtimeda 3:2 hesabı ilə qalib gəlib. Oveçkin bu görüşdə fərqlənməsə də, epizoddakı ustalığı yenə diqqət mərkəzinə düşüb.