“Kür” 33 xal fərqi ilə qələbə qazanıb

Xəbərlər
12 Noyabr 2023 20:29
198
“Kür” 33 xal fərqi ilə qələbə qazanıb

Həndbol üzrə kişilər və qadınlar arasında 30-cu Azərbaycan çempionatının ilk turuna yekun vurulub.

İdman.biz xəbər verir ki, bu gün turnirdə iki oyun baş tutub.

Hər iki qarşılaşma Kür Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Yerli “Kür” kişilərin çempionatında iri xal fərqi ilə qələbə qazanıb. Mingəçevirlilər “Təhsil” i 50:17 hesabı ilə məğlub ediblər. “Kür” qadınların mübarizəsində eyni uğuru təkrarlaya bilməyib. Gərgin keçən mübrizədə “Qarabağ” meydan sahiblərini bi xal fərqi ilə üstələyib.

Qeyd edək ki, turun ilk günündə kişilərin mübarizəsində “İdman Akademiyası” “Dinamo”nu (36:21), “Qarabağ” isə “Azəryol”a (25:22) qalib gəlib. Qadınların yarışında isə “Bakı” “İdman Akademiyası”na (22:33) uduzub.

Kişilər
I tur
12 noyabr

“Kür” – “Təhsil” – 50:17

Qadınlar
I tur
12 noyabr

“Kür” – “Qarabağ” – 24:25
İdman.biz