Qadın həndbolçular arasında Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
İdman.biz xəbər verir ki, mərhələnin son oyunu "AHF Arena"da təşkil olunub.
Yarımfinala vəsiqə uğrunda matçda "İdman Akademiyası" və "Gənclər Birliyi" üz-üzə gəliblər. Nominal meydan sahiblərinin üstünlüyü ilə keçən görüşdə “tələbələr” 29:18 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “İdman Akademiyası” bunadək “Bakı”nı 30:22 hesabı ilə məğlub edib.
İdman.biz