Bu gün həndbol üzrə kişilər və qadınlar arasında 30-cu Azərbaycan çempionatına start verilib.
İdman.biz xəbər verir ki, bu gün turnirdə üç oyun keçirilib.
Kişilərin mübarizəsində “İdman Akademiyası” “Dinamo”nu, “Qarabağ” isə “Azəryol”u məğlub edib. Qadınların yarışında “Bakı” ev sahibi olduğu qaşılaşmada “İdman Akademiyası”na 10 xal fərqiilə uduzub.
Qeyd edək ki, sabah daha iki oyun keçiriləcək.
Kişilər
I tur
11 noyabr
“İdman Akademiyası” – “Dinamo” – 36:21
“Azəryol” – “Qarabağ” – 22:25
12 noyabr
“Kür” – “Təhsil”
Qadınlar
I tur
11 noyabr
“Bakı” – “İdman Akademiyası” – 22:33
12 noyabr
“Kür” – “Qarabağ”
İdman.biz