Millimiz Litvadan məğlub dönür

Xəbərlər
3 Mart 2024 19:38
Millimiz Litvadan məğlub dönür

Bu gün həndbol üzrə Azərbaycan yığması AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, V qrupda yer alan millimiz Litvanın qonağı olub.

4 gün əvvəl Bakıda rəqibini məğlub edən həndbolçularımız səfərdə eyni uğuru təkrarlaya bilməyiblər. Birinci hissəni 6 xal fərqi ilə üstün bitirən litvalılar fasilədən sonra fərqi artırıblar. Meydan sahibləri 41:26 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, qrupun digər matçında Şimali Makedoniya İspaniyanın qonağı olacaq.

Avropa çempionatı-2024, seçmə mərhələsi
V qrup, 4-cü tur
18:00 Litva – Azərbaycan - 41:26 (18:12)

İspaniya

3

3

0

0

116:51

6

Şimali Makedoniya

3

2

0

1

90:76

4

Litva

4

1

0

3

116:139

2

Azərbaycan

4

1

0

3

96:152

2

İdman.biz

Məqalədə: