“Kür” Avropa Kubokunda böyük hesablı qələbə qazanıb - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN - FOTO/VIDEO

10 Oktyabr 2026 18:40
140
“Kür” Avropa Kubokunda böyük hesablı qələbə qazanıb - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN - FOTO/VIDEO

Azərbaycanın qadınlardan ibarət “Kür” həndbol klubu EHF Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib.

İdman.Biz-in Mingəçevirə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutan görüş Azərbaycan təmsilçisinin APOEL üzərində 40:18 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında ikinci qarşılaşma da “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək. Görüş oktyabrın 11-də saat 17:00-da başlayacaq.

Qalib iki oyunda vurulan qolların cəminə əsasən müəyyənləşəcək.

İdman.Biz