Universiada: Gimnastlarımız qızıl və gümüş medallarla mükafatlandırılıblar - FOTO

Xəbərlər
19 İyul 2025 20:50
45
Universiada: Gimnastlarımız qızıl və gümüş medallarla mükafatlandırılıblar - FOTO

Almaniyanın Reyn-Ruhr regionunda 32-ci Ümumdünya Yay Universiadasının uğur qazanan gimnastika üzrə qrup hərəkətləri komandası mükafatlandırılıb.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün Azərbaycan gimansları qızıl və gümüş medallar təqdim olunub.

Gimnastlarımız lentlə çıxışda fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Təmsilçilərimiz 3 top və 2 halqa ilə çıxış zamanı ikinci olublar. Universiadanın qaydalarına görə, mükafatlandırma zamanı ölkələrin himni səsləndirilmir.

Qeyd edək ki, dünən Azərbaycan yığması çoxnüvçülükdə Universianın qızıl medallarına layiq görülüb.

İdman.biz