Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Bakıdakı Dünya kubokunun püşkü atılıb - İdman və Biz

Bakıdakı Dünya kubokunun püşkü atılıb

Xəbərlər
30 May 2025 17:03
242
Bakıdakı Dünya kubokunun püşkü atılıb

Bakıda təşkil ediləcək akrobatika üzrə Dünya kubokunun püşkü atılıb.

İdman.biz xəbər verir ki, tədbir Beynəlxalq Gimnastika Federasiyasının (FIG) mənzil-qərargahında keçirilib.

Püşkatma mərasimində iştirakçıların proqramın müxtəlif növləri - qarışıq cütlüklər, kişi və qadın duetləri, qruplar üzrə çıxışlarının ardıcıllığı müəyyən edilib.

Dünya Kubokunda yeddi ölkədən 63 idmançı iştirak edəcək. Milli Gimnastika Arenasında Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan, Özbəkistan və turnirin ev sahiblərinin komandaları çıxış edəcəklər.

Azərbaycan komandasının heyətində Ağasif Rəhimov - Raziyə Seyidli, Milana Əliyeva - Sabir Ağayev qarışıq cütlükləri, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu, Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu yer alacaq.

Qeyd edək ki, akrobatika üzrə Dünya kuboku iyunun 13-15-də keçiriləcək.

İdman.biz