Gimnastlarımızdan “Ritam Cup”da 5 medal - FOTO

Xəbərlər
29 Aprel 2024 09:24
Gimnastlarımızdan “Ritam Cup”da 5 medal - FOTO

Serbiyanın paytaxtı Belqradda bədii gimnastika üzrə keçirilən “Ritam Cup” adlı beynəlxalq turnir başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 5 medalla başa vurub.

Gimnastlarımızdan Sofiya Məmmədova gənclər arasında çoxnövçülükdə ikinci, halqa və topla hərəkətlərdə üçüncü yeri tutub.

İlona Zeynalova isə böyüklər arasında çoxnövçülük və halqa ilə çıxışda bürünc mükafata yiyələnib.

İdman.biz

Məqalədə: