Gimnastlarımız “Ritam Cup”da

Xəbərlər
25 Aprel 2024 21:24
Gimnastlarımız “Ritam Cup”da

Azərbaycan bədii gimanstları Serbiyanın Belqrad şəhərində keçiriləcək bədii gimnastika üzrə "Ritam Cup"da iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, yığmamız aprel 27-28-də baş tutacaq beynəlxalq turnirdə 3 idmançı ilə təmsil olunacaq.

Böyüklərin yarışında İlona Zeynalova, gənclərdə isə Sofiya Məmmədova və Nəzrin Abdullayeva çıxış edəcəklər. Komandaya Nərmin Cahangirova və Daria Lehka rəhbərlik edəcəklər.

Qeyd edək ki, azərbaycanlı hakimlər Nigar Abdusalimova və Kamil Quliyev "Ritam Cup"da ədaləti qoruyacaqlar.

İdman.biz