Azərbaycan gimnastı final mərhələsinə yüksəlib

Xəbərlər
25 Aprel 2024 10:46
Azərbaycan gimnastı final mərhələsinə yüksəlib

İdman gimnastikası üzrə Avropa çempionatında ilk yarış gününə yekun vurulub.

İdman.biz xəbər verir ki, İtaliyanın Rimini şəhərində təşkil olunan turnirdə Azərbaycan idmançıları da mübarizə aparırlar.

Nikita Simonov halqalar hərəkətdə uğurla çıxış edib və 14,633 xalla 8-ci olub. O, bu göstərici ilə final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 28-dək davam edəcək.

İdman.biz

Məqalədə: