Dünya kubokunda 2 gimnastımız yarışacaq

Xəbərlər
24 Aprel 2024 21:07
Dünya kubokunda 2 gimnastımız yarışacaq

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcək.

İdman.biz xəbər verir ki, yığmanın heyətində 2 idmançı yer alıb.

Məşqçi Aleksandra Reyşin rəhbərliyi ilə Mədinə Dəmirova və Alina Məmmədova fərdi proqramda çıxış edəcəklər. Dünya kubokunda azərbaycanlı hakim Vəfa Bəkərova ədaləti qoruyacaq.

Qeyd edək ki, Dünya kuboku aprelin 26-28-də baş tutacaq.

İdman.biz