Güllü Ağalarzadə: “Avropa çempionatında daha uğurlu çıxış etmək arzusundayıq”

Xəbərlər
21 Aprel 2024 18:43
Güllü Ağalarzadə: “Avropa çempionatında daha uğurlu çıxış etmək arzusundayıq”

“Dünya kubokunda çoxnövçülükdə və halqalarla çıxışda bürünc qazandıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə deyib.

Gimnast Bakıda keçirilən Dünya kubokunda komandanın çıxışını dəyərləndirib: “3 lent və 2 topla çıxışda səhvə yol verdik və mükafat qazana bilmədik. Amma bu, son deyil. Qarşıda bizi Bakıda keçiriləcək Avropa kuboku gözləyir. Ümid edirəm ki, bu turnirdə və Budapeştdə keçiriləcək Avropa çempionatında daha uğurlu çıxış edəcəyik. Öz kompozisiyamızı daha dəqiq yerinə yetirib, maksimuma nail olmaq arzusundayıq”.

Qeyd edək ki, qrup hərəkətləri komandası «AGF Trophy» mükafatına layiq görülüb.

İdman.biz