Bakıdakı Dünya kubokunun ikinci gününə start

Xəbərlər
20 Aprel 2024 10:12
Bakıdakı Dünya kubokunun ikinci gününə start

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında 42 ölkənin təmsilçiləri mübarizə aparır.

Fərdi yarışlarda 55 gimnast çıxış edir. Qrup hərəkətlərində isə 11 komanda mübarizəyə qatılıb.

Dünya kubokunun ikinci günü fərdi yarışlarda başlayacaq. Onlar gürzlər və lentlə bacarıqlarını nümayiş etdirəcəklər. Gimnastlar həm bu iki növdə, həm də çoxnovçülükdə finala vəsiqələrin sahiblərini müəyyənləşdirəcəklər. Azərbaycan gimnastları Zöhrə Ağamirova və Kamilə Seyidzadə də öz kompozisiyalarını nümayiş etdirəcəklər.

Axşam sessiyasında 11 qrup mübarizə aparacaq. Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət Azərbaycan komandası çoxnövçülükdə üç lent və 2 topla çıxış edəcək.

Günə mükafatlandırma mərasimi ilə yekun vurulacaq. Fərdi yarışlar və qrup hərəkətlərinin ən yaxşıları mükafatlandırılacaqlar.

Qeyd edək ki, ilk yarış günündə gimnastımız Zöhrə Ağamirova halqa, komandamız isə 5 halqa ilə hərəkətdə finala yüksəlib.

İdman.biz

Məqalədə: