PFL-in kapitanı qələbənin sirrini açıqlayıb

Xəbərlər
5 İyun 2025 17:28
80
PFL-in kapitanı qələbənin sirrini açıqlayıb

"Araz-Naxçıvan" Azərbaycan futzalının flaqmanıdır".

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan kubokunun final qarşılaşmasından sonra PFL-in kapitanı Yaşar Qasımov jurnalistlərə açıqlamasında deyib.

O, həlledici görüşdə "Araz-Naxçıvan"a qalib gəldikləri görüşü şərh edib. Futzalçı bildirib ki, 7:1 hesabı ilə qalib gəldikləri görüş çətin keçib: "Araz-Naxçıvan" neçə illərdir ölkə çempionu olur. Bu il yenidən Azərbaycanı Çempionlar Liqasında təmsil edəcəklər. Bu gün rəqibimizin legionerləri yox idi. Amma yenə də çətin qarşılaşma oldu. Yerli oyunçularımız kifayət qədər müqavimət göstərdilər. Heyətdə təcrübəli futzalçılarımız çoxluq təşkil edir. Bu səbəbdən hesabda önə çıxdıqdan sonra rahat oynaya bildik".

Qeyd edək ki, PFL I Liqada ikinci yeri tutub.

Murad Abdullazadə
İdman.biz