Vitali Borisov: "Kobud səhvlər etdik"

Xəbərlər
6 Noyabr 2024 00:31
92
Vitali Borisov: "Kobud səhvlər etdik"

"İlk oyunla müqayisədə yaxşılığa doğru çox böyük fərq vardı".

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov deyib.

Gənc mütəxəssis yoxlama matçında Bosniya və Herseqovinaya 1:5 hesablı məğlubiyyəti şərh edib: “Bu gün uşaqlar çox hərəkət etdilər, demək olar, meydanın hər yerində var idilər. Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox. 6-7 real qol epizodu yaratsaq da, cəmi birindən istifadə edə bildik. Əlbəttə, narazı qaldığım məqamlar da oldu. Dünənki oyunda rəqib qapıçısı beşinci oyunçu funksiyasını yerinə yetirən zaman çox əziyyət çəkdiksə, bu dəfə standart vəziyyətlərin yerinə yetirilməsi zaman kobud səhvlər etdik. Biri cərimə, ikisi isə künc zərbəsindən olmaqla qollar buraxdıq. Bunun üzərində işləməliyik. Uşaqlara təşəkkür edirəm. Dünənki məğlubiyyətdən sonra toparlanmağı bacardılar. Meydanda oyun elementləri var idi, dediklərimi yerinə yetirməyə çalışırdılar və bu, alınırdı”.

Qeyd edək ki, yığmamız bosniyalılarla ilk oyunda qapısından 7 cavabsız top buraxıb.

İdman.biz