Futzal millimizin baş məşçisi: “Nəticəyə görə məyusam”

Xəbərlər
22 Yanvar 2026 22:18
39
Futzal millimizin baş məşçisi: “Nəticəyə görə məyusam”

“Nəticəyə görə məyusam. Ancaq çoxsaylı qol epizodları yaratdıq”.

İdman.Biz bildirir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Danimarka ilə yoldaşlıq oyunundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə bildirib.

Görüş 4:1 hesabı ilə Danimarkanın xeyrinə başa çatıb.

“Rəqib standart vəziyyətdən “ev tapşırığı” yerinə yetirdi və qollar vurdu. Gedişatı dəyişmək üçün imkanlarımız oldu, təəssüf ki, istifadə edə bilmədik. Ya ustalıq çatmadı, ya da epizodlar zamanı soyuqqanlı ola bilmədik, ötürmələri vaxtında etmədik. Sona yaxın isə fiziki cəhətdən gücümüz çatmadı, ayaqlar sanki doldu.

Nəticə çıxarmaq və səhvlər üzərində işləmək baxımından bizim üçün vacib oyun oldu”.

İdman.Biz