Maks Ferstappen Azərbaycan Qran-prisində qələbəsi sayəsində Şumaxeri qabaqlayıb

Xəbərlər
26 Sentyabr 2025 21:34
45
Maks Ferstappen Azərbaycan Qran-prisində qələbəsi sayəsində Şumaxeri qabaqlayıb

“Red Bull” komandasının lideri Maks Ferstappen 2025-ci il “Formula-1” Azərbaycan Qran-prisində mükəmməl həftəsonu keçirib.

İdman.biz bildirir ki, niderlandlı sürücü Bakıda “Böyük Dəbilqə” yarışını başa vurub – sıralanmada poul mövqeyini tutub, hər dövrədə lider olub, yarışda qalib gəlib və ən sürətli dövrəni təyin edib.

Ferstappen bununla altıncı “Böyük Dəbilqə”sini götürüb, sıralama turunda poul-mövqeni qazanıb, yaraışın bütün dövrələrində liderlik edib, qalib gəlib və ən yaxşı dövrə nəticəsini göstərib.

Bu uğur Ferstappenin karyerasında 6-cı “Böyük Dəbilqə”dir. O, 2021-ci ildən bəri hər mövsüm bu uğura imza atıb, 2023-cü ildə isə iki dəfə nail olub.

Ferstappen “Böyük Dəbilqə” yarışında Mixael Şumaxeri (5) üstələyib və Lyüis Hamiltona çatıb. Britaniyalı Cim Klark səkkiz “Böyük Dəbilqə” ilə mütləq rekordçu olaraq qalır.

İdman.biz